Modern.az

Millimiz İrəvandadır

Millimiz İrəvandadır

İdman

13 Aprel 2023, 17:06

Avropa çempionatında iştirak edəcək Azərbaycan ağırlıqqaldırma yığması Ermənistanın paytaxtı İrəvandadır.

 

Modern.az-ın məlumatına görə, ölkəmiz yarışa 12 nəfərlik nümayəndə heyəti ilə yollanıb.

 

Ermənistan onların təhlükəsizliyinin tam təmin olunduğunu bildirib. Bununla belə idmançılarımız açılış mərasimində iştirak etməyəcək.

 

Aprelin 15-23-də keçiriləcək çempionatda Azərbaycan 4 atletlə təmsil olunacaq. Kişilərin yarışında İsa Rüstəmov (67 kq), Ömər Cavadov (73 kq) və Əli Şükürlü (102 kq), qadınların mübarizəsində Nazilə İsmayılova (49 kq) körpücük üzərinə çıxacaq.

 

Qeyd edək ki, yarışda iştirakı planlaşdırılan Dadaş Dadaşbəyli (109 kq) sonradan heyətdən çıxarılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?