Modern.az

Etirazçılar "Louis Vuitton"un baş ofisini ələ keçirdi

Etirazçılar

Dünya

13 Aprel 2023, 17:14

Fransada pensiya islahatına etiraz edənlər "Louis Vuitton" brendinin və "Hennessy" konyakının sahibi LVMH-nin baş ofisini ələ keçiriblər.

 

Modern.az Fransa mətbuatına istinadən xəbər verir ki, qanunun qəbul olunmasına baxmayaraq, etirazçılar hələ də aksiyaları davam etdirirlər.

 

LVMH "Christian Dior", "Louis Vuitton", "Givenchy", "Guerlain", "Moët & Chandon", "Hennessy", "Chaumet" və başqa brendlərin sahibidir.

 

Qeyd edək ki, qalmaqallı qanun layihəsi pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tuturdu. Bununla da orta ömür müddəti 82 yaş olan Fransa pensiyaçıları 20 il yox, 18 il pensiya ala biləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI