Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada misirli həmkarı Sameh Şükri ilə görüşüb.
Modern.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Görüş zamanı ikitərəfli münasibətlər müzakirə olunub. Çavuşoğlu açıqlamasında bildirib ki, Misir və Türkiyə Liviya mövzusunda daha sıx əməkdaşlıq edəcək.
"Misirlə açdığımız yeni səhifəni ortaq layihələr və uğur hekayələri ilə doldurmaq istəyirik", - Çavuşoğlu deyib.