Modern.az

Ronaldonun tənqidindən sonra baş məşqçi klubdan uzaqlaşdırıldı

Ronaldonun tənqidindən sonra baş məşqçi klubdan uzaqlaşdırıldı

İdman

13 Aprel 2023, 22:10

Portuqaliyalı futbolçu Kriştianu Ronaldo 2022-ci ildə qoşulduğu Səudiyyə Ərəbistanının "Əl Nəsr" futbol klubunun baş məşqçisi Rudi Qarsiyanı tənqid edib.

 

Modern.az xəbər verir ki, klub rəhbərliyi Ronaldonun tənqidindən sonra Qarsiya ilə müqaviləyə xitam verib və o, klubdan uzaqlaşdırılıb.

 

59 yaşlı baş məşqçu ilə müqaviləyə tərəflərin qarşılıqlı razılığı əsasında xitam verilib. Klubun baş məşqçisi vəzifəsinə xorvatiyalı Dinko Yeliçiç təyin edilib.

 

Yeliçiç əvvəllər “Əl-Nəsr”in gənclər komandasına (19 yaşınadək futbolçular daxildir) rəhbərlik edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?