Modern.az

Pentaqonun gizli sənədlərini yayan şəxs tutuldu

Pentaqonun gizli sənədlərini yayan şəxs tutuldu

13 Aprel 2023, 23:10

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) gizli sənədlərini mətbuata sızdıran şəxs tutulub.

 

Modern.az xəbər verir ki, bu barədə "New York Times" qəzeti məlumat yayıb.

 

Rəsmi məlumatda ad açıqlanmasa da, qəzet həbs edilən şəxsin Massaçusets Milli Qvardiyasının 21 yaşlı əməkdaşı Cek Teyşeyra olduğunu bildirib.

 

ABŞ-ın baş prokuroru Merrik Qarlandın yaxın vaxtlarda məsələ ilə bağlı rəsmi açıqlaması olacaq.

 

Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkələrdə Pentaqona məxsus gizli sənədlər yayılıb. Sənədlərdə müharibə zamanı Ukrayna və Rusiyanın itkiləri, Ukraynadakı xarici qüvvələr və digər gizli məlumatlar yer alıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI