Modern.az

Şimali Koreya qitələrarası ballistik raket atdı 

Şimali Koreya qitələrarası ballistik raket atdı 

Dünya

14 Aprel 2023, 08:14

Şimali Koreya aprelin 13-də yeni “Hvason-18” qitələrarası ballistik raketini sınaqdan keçirib.

 

Modern.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın "Yonhap" agentliyi məlumat yayıb.

 

Bildirilib ki, Şimali Koreya lideri Kim Çen In raket buraxılışını şəxsən izləyib.

 

Raketin birinci hissəsi KXDR-in şərq sahilindən 10 km, ikinci hissəsi isə 335 km məsafədə dənizə düşüb. Kim Çen In bildirib ki, "Hvason-18" KXDR-in “strateji çəkindirmə qüvvələrini əhəmiyyətli dərəcədə yenidən təşkil etməyə” kömək edəcək.

 

Şimali Koreya bu il artıq bir neçə dəfə raket sınaqları həyata keçirib. Fevralın 20-də Şimali Koreya iki ballistik raket atıb. Martın 13-də isə sualtı qayıqdan iki qanadlı raket buraxılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI