Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə toplantı keçirəcək.
Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
O bildirib ki, toplantı bu gün baş tutacaq: "Putin operativ görüş keçirəcək".
Peskov toplantının gündəliyini açıqlamayıb.