Modern.az

Simonyan Şuşa-Türküstan qardaşlığından NARAHATDIR

Simonyan Şuşa-Türküstan qardaşlığından NARAHATDIR

Qarabağ

14 Aprel 2023, 17:24

Ermənistan parlamentinin sədri Alen Simonyan Qarabağ ərazilərində Azərbaycan-Qazaxıstan əməkdaşlığından narahatdır.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, Alen Simonyan Sankt-Peterburqda keçirdiyi görüşdə qazaxıstanlı həmkarı Maulen Aşimbayevə bu barədə narahatlığını ifadə edib.

 

Onun sözlərinə görə, Ermənistan regionda sülhün bərqərar olması üçün gündəliyi irəli sürməkdə qərarlıdır və beynəlxalq tərəfdaşlarla fəal işləyir: "Ümid edirəm ki, Qazaxıstan da bu məsələdə kənarda qalmayacaq".

 

Qeyd edək ki, 2022-ci ildə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Bakıya səfəri zamanı Şuşa ilə Qazaxıstan Türküstan şəhərinin qardaş şəhərlər elan edilməsi haqqında saziş imzalanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI