Ermənistan baş naziri Nikol Paşinyana çətir atan qadına qarşı ittiham irəli sürülüb.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan məlumat yayıb.
Onun sözlərinə görə, Narine Asatryan adlı qadına Ermənistan Cinayət Məcəlləsinin 44-452-ci (vəzifəli şəxsin vəzifə səlahiyyətlərinin həyata keçirilməsinə və ya siyasi fəaliyyətinə müdaxilə) maddəsi ilə ittiham irəli sürülüb.
Ölkənin hüquq-mühafizə orqanlarının məlumatına görə, 47 yaşlı Narine Asatryan Paşinyanın Vayots-Dzor vilayətinə səfəri zamanı ona sual vermək istəyib, ancaq polis icazə verməyib, daha sonra qadın əlindəki çətiri Paşinyana tərəf atıb.