Danimarkanın Türkiyədəki səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Modern.az xəbər verir ki, bu bardə Nazirliyin sosial media hesabında bildirilib.
Səfirin XİN-ə çağırılmasına səbəb Danimarkada müqəddəs Quran kitabının və Türkiyə bayrağının yandırılmasına icazə verilməsidir.
"Qurani-Kərimə və şanlı bayrağımıza qarşı törədilən alçaq hücumu bir daha qınayırıq. Xəbərdarlıqlarımıza baxmayaraq, azadlıq pərdəsi altında bu hücumlara icazə verilməsi qəbuledilməzdir", - deyə açıqlamada qeyd olunub.