Modern.az

Makron iğtişaşlara səbəb olan qanunu imzaladı

Makron iğtişaşlara səbəb olan qanunu imzaladı

Dünya

15 Aprel 2023, 10:36

Fransa prezidenti Emmanuel Makron pensiya yaşının artırılmasını nəzərdə tutan pensiya islahatı qanununu imzalayıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti məlumat yayıb.

 

Makronun imzası ilə qanun qüvvəyə minib. Beləliklə, Fransada pensiya yaşı 62-dan 64-ə qaldırılıb.

 

Qeyd edək ki, qanun layihəsi ölkədə genişmiqyaslı etirazlara və iğtişaşlara səbəb olub. Fransa hökuməti pensiya büdcəsi kəsirinin qarşısını almaq üçün islahatın həyata keçirilməsinin zəruri olduğunu qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI