Qazaxıstanda dövlət qulluqçularının dövlət dilini bilməsi tələb oluna bilər.
Modern.az xəbər verir ki, bu barədə Qazaxıstan Respublikasında 2023-2029-cu illər üçün dil siyasətinin inkişafı Konsepsiyasında qeyd olunub.
Konsepsiya hələlik təsdiq edilməyib. Hazırda Qazaxıstanda dövlət qurumlarına işə qəbul olunarkən qazax dilini bilmək məcburi tələb edilmir, sənəd təsdiq edildikdən sonra məcburiyyət qüvvəyə minəcək.
Bundan əvvəl Qırğızıstanda dövlət qulluqçularının qırğız dilini bilməsi layihəsi təsdiq edilib.