Modern.az

İlon Mask süni intellekt sahəsinə girişir

İlon Mask süni intellekt sahəsinə girişir

Dünya

15 Aprel 2023, 12:49

Amerikalı milyarder, "Tesla", "Twitter" və "SpaceX" şirkətlərinin sahibi İlon Mask süni intellekt sahəsində tədqiqatlarla məşğul olacaq "X. AI" adlı şirkət yaradıb.

 

Modern.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti məlumat yayıb.

 

Bildirilib ki, Mask məşhur "ChatGPT"ni yaradan "OpenAI" şirkəti ilə rəqabət aparan süni intellekt startapını işə salmaq istəyir.

 

Mənbələr deyir ki, o, "OpenAI" şirkətində işləyən şəxsləri öz şirkətinə cəlb etməyi hədəfləyir.

 

"Financial Times" qəzeti yazır ki, Maska məxsus "Tesla" və "Twitter" hazırda süni intellekt sahəsində mütəxəssislərdən ibarət komanda toplayır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI