Modern.az

Sudanda hökumət və müxalifətçilər arasında silahlı TOQQUŞMA 

Sudanda hökumət və müxalifətçilər arasında silahlı TOQQUŞMA 

Dünya

15 Aprel 2023, 16:02

Sudanda ölkənin Silahlı Qüvvələri ilə 2013-cü ildə yaradılan Çevik Reaksiya Qüvvələri arasında toqquşmalar başlayıb.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Sudan Hərbi Hava Qüvvələri Çevik Reaksiya Qüvvələrinin (ÇRQ) paytaxt Xartumda yerləşən qərargahına və bir sıra bazalarına aviazərbələr endirib. 

 

Ölən və yaralananlar barədə hələlik məlumat yoxdur.

 

"Sudan Hərbi Hava Qüvvələri ÇRQ milislərinə məxsus Taiba və Soba düşərgələrini (Xartumda) məhv edib", - ordunun açıqlamasında deyilir. 

 

Məlumatda bildirilir ki, ordu yaraqlıları təqib etməyə davam edir və mülki şəxsləri evdə qalmağa çağırır.

 

ÇRQ ilə Sudan ordusu arasında toqquşmalar bu gün, aprelin 15-də başlayıb. Təşkilat prezident sarayını ələ keçirdiyini və iki hava limanını da nəzarətə götürdüyünü iddia edir. ÇRQ ordunun "ağır itki verdiyini" bildirib. Ordu saraya nəzarəti əlində saxladığını deyir.

 

Aprelin əvvəlində Sudanın Keçid Suveren Şurası ilə müxalifət təşkilatlarının nümayəndələri arasında sazişin imzalanması təxirə salınıb. Müqavilə ölkədə keçid mülki hakimiyyətinin yaradılmasını nəzərdə tuturdu.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI