Səudiyyə Ərəbistanının dövlətə məxsus dövlət "Saudi Arabian Airlines" şirkətinin təyyarəsi Xartum hava limanından Ər-Riyada uçmazdan əvvəl qəzaya uğrayıb.
Modern.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətindən məlumat verilib.
Hadisə bu gün, aprelin 15-də baş verib. Səudiyyə rəsmiləri qəzanın təfərrüatlarını açıqlamayıb. Eyni zamanda itkilər barədə məlumat verilməyib.
Şirkətdən bildirilib ki, Sudana uçuşlar növbəti xəbərdarlığa qədər dayandırılıb.
Qeyd edək ki, Sudanda hökumət qüvvələri ilə müxalifət arasında döyüşlər başlayıb.