Modern.az

Zelenski rus idmançıları "qara siyahı"ya saldı 

Zelenski rus idmançıları

Dünya

15 Aprel 2023, 17:36

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyaya qarşı yeni sanksiyalarla bağlı qərarı təsdiqləyib. 

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, Rusiyanın tanınmış idmançıları "qara siyahı"ya salınıb. Siyahıya 82 nəfərin adı daxil edilib.

 

Rusiya futbol yığmasının keçmiş qapıçısı və ÇSKA klubunun oyunçusu İqor Akinfeyev, Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqunun qızı, Rusiya Federasiyası triatlon federasiyasının prezidenti Kseniya, Belarusun idman və turizm naziri Sergey Kovalçuka məhdudiyyətlər tətbiq edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI