Rusiya ordusu Xersona növbəti dəfə zərbələr endirib.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak məlumat yayıb.
Bildirilib ki, zərbələr nəticəsində 2 qadın ölüb.
"Rusların Xersonu atəşə tutması nəticəsində bu gün iki qadın həlak olub", - Yermak sosial şəbəkə hesabında yazıb. O, digər təfərrüatları açıqlamayıb.
Mətbuatda zərbələr nəticəsində yaralıların da olduğu qeyd edilib.