Modern.az

BMT-yə məxsus təyyarə VURULDU

BMT-yə məxsus təyyarə VURULDU

Dünya

15 Aprel 2023, 19:55

Sudanın paytaxtı Xartumdakı hava limanında gedən döyüşlər zamanı BMT-nin təyyarəsi məhv edilib.

 

Modern.az xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb.

 

Kanal bildirir ki, Sudan ordusu ilə Çevik Reaksiya Qüvvələri arasında baş verən toqquşmalar nəticəsində BMT-yə məxsus təyyarə vurulub.

 

AP agentliyi qeyd edir ki, hücum zamanı Xartum Beynəlxalq Hava Limanında təyyarə yanıb. İddialara görə, həmin təyyarə Ukraynaya məxsus olub.

 

Sudan ordusu ilə yarımhərbi birləşmələr arasında döyüşlər zamanı Xartum hava limanına çoxsaylı zərbələr endirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI