Modern.az

Bayrağımızı qaldırmağa getmişdik - İrəvandan qayıdan idmançı

Bayrağımızı qaldırmağa getmişdik - İrəvandan qayıdan idmançı

İdman

15 Aprel 2023, 21:47

"Ermənistan tərəfi bu dəfə də idmanı siyasətə qatıb".

 

Modern.az xəbər verir ki, bunu İrəvanda keçirilən Avropa çempionatından imtina edərək Vətənə qayıdan ağırlıqqaldırma üzrə Azərbaycan millisinin üzvü Ömər Cavadov (73 kq) deyib.

 

"Ora bayrağımızı qaldırmağa getmişdik. Amma onların etdikləri hərəkət düzgün deyil. Erməni təxribatı səbəbindən yarışdan imtina etdik. Bayrağımız hər şeydən ucadır. Millətimizə minnətdarlığımızı bildiririk", - idmançı bildirib.

 

Qeyd edək ki, İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında iştirakdan imtina edən Azərbaycan millisi Vətənə qayıdıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək