Ukrayna NATO-ya daxil olmamışdan əvvəl effektiv təhlükəsizlik zəmanəti almalıdır.
Modern.az xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Volodimir Zelenski deyib.
O bildirib ki, Rusiya Ukrayna ərazisindən çıxmalıdır və BMT nizamnaməsinin müddəaları yerinə yetirilməlidir. "Ukraynanın tamamilə real və kifayət qədər konkret sülh formulu var" , - Zelenski qeyd edib.