Modern.az

BQXK-nin maşınları aksiya yerindən keçdi - YENİLƏNİB

BQXK-nin maşınları aksiya yerindən keçdi - YENİLƏNİB

Qarabağ

16 Aprel 2023, 15:11

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus ümumilikdə 8 avtomobilin hərəkət etməsinə şərait yaradılıb.

 

Modern.az xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

 

Belə ki, səhər saatlarında Xankəndidən Laçın istiqamətinə keçid edən beynəlxalq təşkilata məxsus həmin minik avtomobilləri əks istiqamətə qayıdıb. Beynəlxalq təşkilata məxsus minik maşınlarının içərisində mülki erməni ailələri olub.

 

Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur. Bununla da gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətdə maneəsiz hərəkət edən BQXK-yə məxsus avtomobillərin sayı 16-ya çatıb.

 

***

09:22

 

Laçın-Xankəndi yolunda təşkil olunan dinc aksiyanın iştirakçıları ərazidən humanitar məqsədlər üçün istifadəyə növbəti dəfə şərait yaradıblar.

 

Modern.az xəbər verir ki, bu dəqiqələrdə Xankəndidən Laçın istiqamətinə hərəkət edən Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus 8 minik avtomobili ərazidən maneəsiz keçib.

 

Bu, bir daha göstərir ki, Ermənistanın blokada ilə bağlı səsləndirdiyi iddialar saxtadır. Laçın-Xankəndi yolu bütün humanitar məqsədli maşınlar və mülki şəxslər üçün açıqdır.

 

Qeyd edək ki, Qarabağda ekoloji istismara qarşı ötən il dekabrın 12-dən başlayan aksiya 126 gündür davam edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI