Modern.az

Kənd təsərrüfatı sahəsində yeni layihələrə start veriləcək

Kənd təsərrüfatı sahəsində yeni layihələrə start veriləcək

21 İyun 2013, 12:45

Kənd təsərrüfatı naziri İsmət Abasov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Konfransının 38-ci Sessiyasında iştirak etmək məqsədilə Romadakı göğrüşləri davam edir.

Modern.az xəbər verir ki, nazir sessiya çərçivəsində regional və ölkə əhəmiyyətli məsələlərin həllinə dair müzakirələrdə iştirak edib. 20 iyun 2013-cü il tarixdə nazir İsmət Abasov Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondun (İFAD) Roma şəhərində yerləşən mənzil-qərərgahında təşkilatın Yaxın Şərq, Şimali Afrika və Avropa bölməsinin proqram meneceri cənab Abdelhamid Abduli və həmin bölmənin Azərbaycan üzrə proqram meneceri cənab Frits Yepsenlə görüşüb.

Görüşlər zamanı İsmət Abasov Azərbaycanın kənd təsərrüfatının inkişafı, yoxsulluğun azaldılması sahəsindəki nailiyyətlərinin əldə olunmasında Azərbaycan Hökuməti ilə İFAD-ın birgə həyata keçirdikləri layihələrin təqdirəlayiq rolu olduğunu bildirib. Görüş zamanı hər iki tərəf Azərbaycanın kənd təsərrüfatı sahəsindəki ehtiyaclarının ödənilməsi məqsədilə İFAD-ın yeni layihələrinin başlanmasını məqsədəuyğun hesab edili.

Azərbaycanda İFAD layihələrinin səmərəliliyinin daha da artırılması məqsədilə bir sıra digər məsələlər, o cümlədən layihə çərçivəsində bəzi sahələrin geniləndirilməsi yolu ilə layihədən faydalananların sayının artırılması ilə bağlı məsələlər müzakirə olunub.   İsmət Abasov Frits Yepseni Azərbaycan üzrə ölkə meneceri vəsifəsinə yeni təyin olunması münasibətilə təbrik edib və onun qarşıdakı fəaliyyəti dövründə Azərbaycan və İFAD arasında əməkdaşlığın daha da gücləndiriləcəyinə ümidvar olduğunu bildirib. Müzakirələrdə Azərbaycanın kənd təsərrüfatı sahəsindəki ümumi vəziyyət, prioritetlər və İFAD tərəfindən dəstəyə ehtiyacı olan sahələr barədə fikir mübadiləsi aparılıb. 

Daha sonra nazir İsmət Abasov İFAD-ın prezidenti cənab Kanayo Nvanze ilə görüş keçirib. Nazir, həmçinin, cənab K. Nvanzeni 2-ci dördillik müddətə təşkilatın prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edərək, Azərbaycan və İFAD arasında səmərəli tərəfdaşlıq əlaqələrinin qurulmasında cənab K. Nvanzenin səylərinə görə təşəkkürünü bildirib.

Prezident Kanayo Nvanze 2013-cü ilin 16 iyun tarixində FAO Konfransının Sessiyasındakı iştirakını xatırladaraq, həmin gün Azərbaycana 2000-ci ildə BMT-nin Baş Assambleyasında qəbul olunan Minilliyin İnkişaf Məqsədlərindən birincisi olan 2015-ci ilədək “aclığın yarıya qədər azaldılması”na və 1996-cı ildə Romada keçirilmiş Dünya Ərzaq Sammitində qəbul olunmuş 2015-ci ilədək “kifayət qədər qidalanmayan əhalinin yarıya qədər azaldılması” üzrə məqsədə vaxtından tez nail olması ilə əlaqədar verilən mükafat münasibətilə nazir İsmət Abasovu təbrik edib. Nazir İsmət Abasov FAO-nun Avropa Regional Konfransının sədri qismində FAO Konfransının 38-ci sessiyasında iştirakı və Avropa regionu üçün müəyyən edilmiş altı prioritet barədə qarşı tərəfə məlumat verib.     

Səfər davam edir.  

 

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama