Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus avtomobil karvanının hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
Modern.az xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz hərəkəti təmin olunub.
Belə ki, 10 yük, 1 minik və 1 hərbi zirehli maşın Laçından Xankəndi istiqamətində hərəkət edib. Bundan əvvəl isə 3 avtomobil müxtəlif vaxtlarda hər iki istiqamətdə hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 72-yə çatıb.
***
12:48
Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə məxsus daha bir maşın karvanının maneəsiz keçidinə şərait yaradılıb.
Modern.az xəbər verir ki, Xankəndindən gəlib Laçın istiqamətinə gedən karvan 36 maşından ibarət olub.
***
11:59
Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.
Modern.az xəbər verir ki, Xankəndindən gələn 1 minik, 1 yük və 1 şəxsi heyət daşıyan avtomobil aksiya keçirilən yoldan maneəsiz keçid edərək Laçın istiqamətinə hərəkət edib.
Şəxsi heyət daşıyan maşında erməni əsilli sakinlər olub.
***
10:02
Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.
Modern.az xəbər verir ki, sülhməramlılara məxsus avtomobillər maneəsiz keçid edib.
Xankəndindən gələn yük, tibb və minik avtomobilləri aksiya keçirilən yoldan maneəsiz keçid edərək Laçın istiqamətinə hərəkət edib.