Modern.az

Macarıstan Ukraynadan kənd təsərrüfatı məhsulları almayacaq

Macarıstan Ukraynadan kənd təsərrüfatı məhsulları almayacaq

Dünya

16 Aprel 2023, 10:14

Macarıstan Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyub.

 

Modern.az xəbər verir ki, bu barədə "Ukrinform" məlumat yayıb.

 

Məlumata görə, Budapeşt qərarı bu cür əsaslandırıb:

 

"Ukraynada kənd təsərrüfatı istehsalçıları Aİ-də qadağan olunmuş üsullardan istifadə edirlər ki, bu da onlara lazımsız xərclərdən qaçmağa və taxıl və yağlı bitkilərlə yanaşı, Avropa bazarına külli miqdarda quş əti, yumurta və bal ixrac etməyə imkan verir. Nəticədə Mərkəzi Avropada fermerlərin öz məhsullarını satmaq imkanı yoxdur".

 

İdxal qadağası bu il iyunun 30-dək davam edəcək.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI