Kuril adalarında yerləşən Ebeko vulkanı püskürərək 3 km hündürlüyə kül atıb.
Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Saxalin vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
Ərazi üzrə vahid növbətçi dispetçer xidməti isə yaşayış bölgəsində hidrogen sulfidin qoxusunun hiss olunmadığını və əhali üçün heç bir təhlükə yaranmadığını bildirib.