Modern.az

Azay Quliyevdən etiraz: “Donos yazanlar sırasında 52 QHT-nin adı yoxdur”

Azay Quliyevdən etiraz: “Donos yazanlar sırasında 52 QHT-nin adı yoxdur”

21 İyun 2013, 13:02

Modern.az xəbər verir ki, Milli Məclisin növbədənkənar sessiyasının bugünkü iclasında çıxış edən deputat Azay Quliyev Avropa Parlamentinin REAL hərəkatının sədri İlqar Məmmədovun azadlığa buraxılması ilə bağlı qətnaməsinə münasibət bildirib.
Azay Qliyev qətnaməyə səbəb kimi Azərbaycandan 52 QHT-nin Avropa Parlamentinə məlumat göndərdiyi barədə deyilənləri yalan adlandırıb:

“Orada 52 QHT yoxdur, sadəcə Leyla Yunus və rəfiqələrinin yazdığı məlumatlardır. Onların işi-gücü Azərbaycan haqqında bütün mənfi fikirləri ora göndərməkdən ibarətdir. Azərbaycan dünyanın ideal ölkəsi olsa belə, Leyla Yunus nəsə tapıb göndərəcək. Ona görə QHT-lərin adından istifadə olunmasın”.

Azay Quliyev məsələ ilə bağlı Avropa Parlamentinə ayrıca müraciət olunmasını təklif edib:

”Birdəfəlik söyləyək ki, əməkdaşlıq edirikmi? Azərbaycana olan bu münasibət Avropaya inteqrasiya məsələsində digər ölkələrin də fəaliyyətinə kölgə salacaq”.
A.Quliyev 32 nəfərin səsverməsi ilə qəbul edilən sənədin Avropa Parlamenti qətnaməsi kimi qiymətləndirilməsini “hüquqi nihilizm” adlandırıb.


Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama