Gürcüstanın Tbilisi metrosunda kişi relslərin üzərinə yıxılıb.
Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, insident "Rustaveli" stansiyasında baş verib.
Hadisə ilə əlaqədar birinci xətt üzrə qatarların hərəkəti müvəqqəti dayandırılıb. Məlumata görə, kişinin həyatı üçün təhlükə yoxdur.
Hazırda qatarlar normal şəkildə işləyir.