Ukraynanın müdafiə naziri Oleksiy Reznikov ölkəsinin itkiləri barədə məlumat verərkən bunu Türkiyədəki zəlzələ qurbanlarının sayı ilə müqayisə etdiyinə görə Ankaradan üzr istəyib.
Modern.az xəbər verir ki, Reznikov bu barədə tviter səhifəsində yazıb.
"Ukrayna və Türkiyədəki hər kəsdən səmimi şəkildə üzr istəyirəm. Ukraynalılar türk xalqına simpatiya ilə baxır. Minlərlə günahsız insanın, dostun, qonşunun dəfn olunmasının nə demək olduğunu anlayırıq. Rusiya işğalı başlayandan bəri Krımla bağlı sarsılmaz dəstəklərinə görə türk dostlarımıza minnətdaram", - o qeyd edib.
I sincerely apologize to anyone in Ukraine or Türkiye. who was offended by my comments in an interview with the Spanish newspaper La Razon. Ukrainians sympathize with the Turkish people. We understand what it's like to bury thousands of innocent people - friends and neighbors.
— Oleksii Reznikov (@oleksiireznikov) April 17, 2023
I…
***
16.04.2023 / 14:15
Ukraynanın müdafiə naziri Oleksiy Reznikov ölkəsinin itkiləri barədə qəribə ipucu verib.
Modern.az xəbər verir ki, o, İspaniyanın “La Razon” qəzetinə müsahibəsində bu mövzudan söz açıb.
"Ukraynanın müharibədə itkiləri fevral ayında Türkiyədə baş vermiş zəlzələ qurbanlarının sayından azdır. Təbii ki, qurbanlarımız var, çünki müharibə şəraitindəyik. Ancaq bizim itkilərimiz Rusiyanınkından daha aşağıdır. Sizə bir rəqəm deyə bilmərəm, ancaq sizi əmin edə bilərəm ki, ümumi itki sayımız Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayından azdır”, - o qeyd edib.
Qeyd edək ki, Türkiyədə zəlzələ nəticəsində 51 minə yaxın insan həlak olub.