Ukrayna kəşfiyyatı artıq ABŞ-ın “Black Hawk” helikopterindən istifadə edir.
Modern.az xəbər verir ki, bu barədə "Ukrinform" məlumat yayıb.
Bildirilib ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin əsgərləri Amerikanın əfsanəvi “Black Hawk” helikopterini döyüş əməliyyatlarında istifadə edirlər.
Qeyd olunub ki, bu texnika demək olar ki, bütün xüsusiyyətlərinə görə SSRİ analoqları olan Mi-8 və Mi-24-dən xeyli irəlidədir.