Avropa Komissiyası Macarıstan və Polşanın Ukraynadan taxıl və digər kənd təsərrüfatı məhsullarının tədarükünə tətbiq etdiyi birtərəfli qadağaları qəbuledilməz hesab edir.
Modern.az xəbər verir ki, bu barədə Komissiyanın açıqlamasında məlumat verilib.
"Avropa Komissiyası Polşa və Macarıstanın Ukraynadan taxıl və digər kənd təsərrüfatı məhsullarının tədarükünə qadağalar elan etdiyindən xəbərdardır. Bu kontekstdə biz xatırlatmağı vacib hesab edirik ki, Aİ-nin ticarət siyasəti bütün təşkilatın müstəsna səlahiyyətidir, ona görə də istənilən birtərəfli hərəkət qəbuledilməzdir”, - qurumun mətbuata açıqlamasında deyilir.