"Ermənistanda vergi verməyin vəsaitin başqasının cibinə axıdılması kimi qəbul edilməsi dayandırılmalıdır".
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, bu, pulun sağ cibdən sol cibə köçürülməsi mexanizmidir. Bu isə Nazirlər Kabinetinin məhsuldar işləməsini tələb edir. Yalnız bundan sonra vəsaitlər korrupsiya sxemləri ilə dağıdılmayacaq.
"Hökumətin əsas məqsədi suveren və rəqabətədavamlı dövlət üçün resurslar yarada bilən iqtisadiyyat yaratmaqdır", - Paşinyan əlavə edib.