Modern.az

Fazil Mustafa: “Günah özümüzdədir”

Fazil Mustafa: “Günah özümüzdədir”

21 İyun 2013, 13:16

Millət vəkili Fazil Mustafa da Milli Məcliisn iclasında çıxış edərək Avropa Parlamentinə etirazını bildirib. Deputat AP-nin təkcə Azərbaycana qarşı deyil, qardaş Türkiyəyə qarşı da qərəzli mövqedə olduğunu deyib.

“Bu, 32 nəfər məsələsi deyil, ayrı-ayrı qrupların təmsilçilərilə bağlı məsələdir.  Günah özümüzdədir, o qruplarda nə qədər təmsilçiliyimiz var? YAP-dan başqa heç bir partiya nümayəndəsi təmsil olunmur. Gərək orada olsan ki, fikrini deyə biləsən. Bu problemi həll etməliyik. Hansısa bur qurumdan çıxmağımız uzaqlaşmağımız problemin həlli deyil. Əksinə, mövcud imkanlar daxilində daha səmərəli əməkdaşlıq yollarını tapmalıyıq”-deyə deputat münasibət bildirib.

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama