Hindistan parlamentinin sabiq deputatı Atiq Əhməd və qardaşı ilə birlikdə canlı yayımda açıqlama verən zaman güllələnib.
Modern.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, özlərini jurnalist kimi təqdim edən şəxslər onlara atəş açıb.
Məlumata görə, adam oğurluğunda şübhəli bilinən siyasətçi və qardaşı tibbi müayinədən keçən zaman polisin qarşısında hücuma məruz qalıblar.
Hadisə zamanı hər iki nəfər ölüb. Hücum edənlərdən biri hadisə yerində təslim olub, digərləri daha sonra tutulub.