Qətər dövlətinə məxsus, Yaxın Şərqin ən böyük aviaşirkətlərindən biri hesab edilən "Qatar Airways" dünəndən etibarən Sudana uçuşları dayandırıb.
Modern.az xəbər verir ki, bu barədə Qatarın rəsmi agentliyi məlumat yayıb.
Məlumata görə, uçuşların dayandırılması Xartum Beynəlxalq Hava Limanının bağlanması ilə əlaqədardır.
Qeyd edək ki, liman ərazisində hakimiyyət qüvvələri ilə müxalifət arasında şiddətli toqquşma yaşanıb.