Milli Şuranın ilk sessiyası davam edir. Modern.az-ın məlumatına görə, toplantıda iştirak edən keçmiş daxili işlər naziri İsgəndər Həmidov El hərəkatının sədri Eldar Namazova etirazını bildirib. Eks-nazir Qarabağ döyüşçülərinin Milli Şurada təmsil olunmamasına görə, Eldar Namazova iradlarını bildirib.
“Qarabağ döyüşçüləri Milli Şurada təmsil olunmur, çox azdır. Bəzi məsələlərdə sizdən səmimilik gözləyirəm”.
Daha sonra Müsavat başqanı İsa Qəmbər Milli Şuranın say tərkibinin təsdiq edilməsi ilə bağlı çıxış edərək bunun səsə qoyulmasını bildirib.
İsgəndər Həmidov isə İsa Qənbərə cavab verib. “Belə deməklə özünüz-özünüzü inkar edirsiniz. Milli Şuranın say tərkibi əvvəlcədən elan olunub. İlkin qərar verilsə qanımın son damlasına qədər mübarizə aparmağa hazıram.”
Aqşin Kərimov