Rusiyalı siyasətçi Vladimir Kara-Murza 25 il müddətinə azadlıqdan məhrum edilib.
Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Moskva Şəhər Məhkəməsi Kara-Murzanı 25 il müddətinə azadlıqdan məhrum edib.
O, dövlətə xəyanət, “arzuolunmaz təşkilatla” əməkdaşlıq və ordu haqqında “saxta məlumat”ların yayılması ilə mühakimə olunub.
Kara-Murza özünü təqsirli bilmir və cinayət təqibini siyasi repressiya hesab edir.