Modern.az saytı xəbər verir ki, Milli Məclis növbədənkənar sessiyanın bu gün keçirilən iclasında Avropa Parlamentinin 13 iyun tarixli qətnaməsi ilə bağlı bəyanat qəbul edib.
Bəyanat vitse-spiker Valeh Ələsgərovun rəjbərlik etdiyi və Səməd Seyidov, Əli Hüseynli, Gülçöhrə Məmmədova, Aqiyə Naxçıvanlı, Novruz Aslan, Asim Mollazadənin üzv olduğu işçi qrup təqdim edib.
Bəyanat səsə qoyularkən 100 nəfər lehinə, 1 nəfər əleyhinə səs verib.
Bəyanatda qeyd edilir ki, Azərbaycan Avronest Parlament Assambleyasının təsisçilərindən biridir, Avropa Birliyi ilə assosiativ saziş hazırlanır.
Sənəddə vurğulanır ki, iyunun 13-də Azərbaycanla bağlı məsələnin Avropa Parlamentinin plenar iclasında müzakirəyə çıxarılması və qətnamə qəbul etməsi anlaşılan deyil:
“Avropa Parlamentinin məsələni dəqiqləşdirmədən, tələm-tələsik belə bir qətnamə qəbul etməsi təəssüf doğurur. Bir sıra şəxslərin həbsi müddətinin uzadılması yeni halların üzə çıxması ilə bağıldır. Həbs edilmiş şəxsin qeyd-şərtsiz, təcili azad edilməsi tələbi qəbuledilməzdir”.
Bəyanatda seyd edilib ki, Azərbaycanda rəsmən prezident seçkiləri kampanyiası başlamayıb, prezidentliyə namizədlər qeydiyyatdan keçməyib:
“Cinayət Məəlləsində edilən dəyişikliklər də “Diffomasyia haqqında” qanunun qəbuluna heç bir mane törətmir. İnternetlə bağlı hər haesı problem yoxdur. Azərbaycan xalqı demokratik inkişaf yolu tutub. Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəli mexanizmi var.
Azərbaycanı insan hüquqlarını pozan bir dövlət kimi Avropa Parlamentində müzaikrəyə çıxarılması qeyri-obyektiv hal kimi qiymətləndirilməlidir.
Bu, Avropa Birliyinin Azərbaycanla bağlı siyasətini fərqli istiqamətə yönəltməyə cəhddir. Bu, yeni qaz dəhlizi ilə bağlı qərarın qəbulu və prezident İlham Əliyevin Brüsselə səfəri ərəfəsinə təsadüf edir və bu, iqtisadi maraqlardan xəbər verir.
Azərbaycan müstəqil dövlətdir və Avropa Birliyi ilə münasibətləri hüquq bərabərliyi əsasında inkişaf etdir. Heç bir qüvvə Azərbaycanı demokratik inkişaf yolundan döndərə bilməz”.