Modern.az

Xəstənin ölümündə günahkar olan həkimlərə cinayət işi açıldı

Xəstənin ölümündə günahkar olan həkimlərə cinayət işi açıldı

Hadisə

17 Aprel 2023, 13:22

İsmayıllı rayon sakini 1990-cı il təvəllüdlü Murad Süleymanlının yanvarın 14-də “Qəbələ rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

 

Qəbələ rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, şəxsin xəstəxanada ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

 

Araşdırma zamanı Murad Süleymanlının həmin xəstəxananın Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsinin həkimləri tərəfindən tibbi yardımın tam həcmdə göstərilməməsi nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Qəbələ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

 

İbtidai istintaq davam edir.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI