Türkiyədə prezidentliyə namizəd Muharrem İncenin sədri olduğu, CHP-dən qopmuş Məmləkət Partiyasının Hatay vilayət təşkilatından eyni vaxtda 350 partiya üzvü istefa verib.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə yerli partiya təşkilatının sədr müavini Gülden Doğruel Yılmaz məlumat verib.
O, kütləvi istefanın səbəbini belə əsaslandırıb: “Muharrem İnce verdiyi namus ve şərəf sözlərini unutdu. Tək məqsədi Kemal Kılıçdaroğludan intiqam almaqdır”.
Hələlik partiya rəhbərliyindən istefalara münasibət bildirilməyib.