Modern.az

İstanbul dünyanın maliyyə mərkəzlərindən birinə çevrilə bilər

İstanbul dünyanın maliyyə mərkəzlərindən birinə çevrilə bilər

İqtisadiyyat

17 Aprel 2023, 15:02

Türkiyədə bu gün Beynəlxalq Maliyyə Mərkəzinin açılış mərasimi keçiriləcək.

 

Modern.az yerli mətbuata istinadən xəbər verir ki, İstanbulda keçirilən mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edəcək.

 

Bildirilir ki, Türkiyə bu layihə vasitəsilə İstanbulu dünyanın maliyyə mərkəzlərindən birinə çevirməyi planlaşdırır.

 

Mərkəz 1,4 milyon kv.m. ofis sahəsi, ticarət mərkəzi, konqres mərkəzi, 5 ulduzlu oteldən ibarət olacaq və “ağıllı şəhər” modeli çərçivəsində yaradılacaq.

 

Maliyyə mərkəzi 50 min nəfəri işlə təmin edəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI