Modern.az

Tatarıstanın rəisi Moldovada arzuolunmaz şəxs elan edildi

Tatarıstanın rəisi Moldovada arzuolunmaz şəxs elan edildi

17 Aprel 2023, 16:20

Tatarıstanın rəhbəri Rüstəm Minnixanovun Komrat şəhərində keçiriləcək "Xalqlar Dostluğu Konqresi"ndə iştirak etməli olduğu Moldovaya buraxılmasına icazə verilməyib.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə tədbirin təşkilatçılarından biri, Moldova parlamentinin deputatı Aleksandr Suxodolski bildirib.

 

"Mən Minnixanova konqresə rəsmi dəvət göndərdim. Onun Kişinyov hava limanında təyyarədən enməsinə belə icazə vermədilər. Minnixanova ölkəyə girişin qadağan olunduğuna dair sənəd verdilər", - Suxodolski əlavə edib.

 

Tatarıstan rəhbəri Moldovanın hakimiyyət orqanlarının onu arzuolunmaz şəxs elan etdiyini açıqlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI