Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Erika Olsonla görüşüb.
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, həmsöhbətlər birgə Ermənistan-ABŞ proqramlarının həyata keçirilməsini və bir sıra sahələrdə əməkdaşlığın mümkün perspektivlərini müzakirə ediblər.
Ermənistan-ABŞ əməkdaşlığının, o cümlədən regionda sabitliyin və sülhün təmin edilməsi kontekstində daha da gücləndirilməsinin vacibliyi vurğulanıb.
Qeyd edək ki, E.Olson İrəvanda səfərdədir.