Modern.az

Türk investor almanları təşvişə saldı

Türk investor almanları təşvişə saldı

17 Aprel 2023, 17:16

Almaniyada küçələrdən birini satın alan türk investor həmin ərazidə yaşayan almanlara şərt qoyub.

 

Modern.az xəbər verir ki, türk investor həmin küçədə yaşayanlara diqqətçəkən məktub yollayıb.

 

“Qapınızın ağzındakı yeri məndən satın almasanız, küçəni bağlayacağam. Evinizə və hələ də istifadə etdiyiniz parklara giriş etmək istəyirsinizsə, buraları məndən pulla ala bilərsiniz. Bunun üçün elektron poçt ünvanından əlaqə saxlamağınız mümükündür", - məkutbda deyilir. 

 

Almanlar "Bild" nəşrinə müsahibələrində türk investorun onlara 3 maya qədər vaxt verdiyini qeyd ediblər. Küçədə evi olan və oradan keçmək istəyən almanlar təşviş içərisindədir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI