Türkiyədə "Millət İttifaqı"na daxil olan DEVA Partiyasının sədri Ali Babacan CHP-nin siyahılarından seçkilərə girmək qərarını dəyərləndirib.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təklifin CHP-dən gəldiyini qeyd edib və irəli sürdükləri 26 namizədin seçildiyi təqdirdə DEVA Partiyasından millət vəkili olacağını bildirib.
"21 şəhərdə 26 namizədimiz var. Onlar DEVA Partiyasının üzvü kimi namizədliyini irəli sürürlər, amma CHP-nin siyahısından. Ortaq siyahı qərarını təkcə CHP üçün deyil, bizim üçün də fədakarlıq sayırıq. Çünki seçki bülletenində öz loqomuz olmayacaq", - o söyləyib.
Qeyd edək ki, "Millət İttifaqı"na daxil olan 5 partiya vahid siyahıdan - CHP-nin proporsional siyahısından, İYİ Partiya isə müstəqil şəkildə seçkilərdə iştirak edəcək.