Modern.az

ABŞ səfiri həbsdə olan jurnalistə baş çəkdi 

ABŞ səfiri həbsdə olan jurnalistə baş çəkdi 

Dünya

17 Aprel 2023, 18:39

ABŞ-ın Moskvadakı səfiri Lin Treysi Rusiyada həbs edilən "Wall Street Journal" qəzetinin jurnalisti Evan Qerşkoviçə baş çəkib.

 

Modern.az xəbər verir ki, bu barədə səfir özünün Twitter hesabında məlumat yayıb.

 

“Bu gün mən Lefortovo istintaq təcridxanasında WSJ-nin müxbiri Evan Qerşkoviçə baş çəkdim. Evan iki həftə əvvəl haqsız yerə həbs olunduqdan sonra ilk dəfədir ki, onunla əlaqə saxlamışıq. Özünü yaxşı hiss edir və möhkəm tutur. Biz Evanın dərhal azad edilməsinə çağırışımızı bir daha təkrarlayırıq”, - deyə səfir yazıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI