Modern.az

Merkelə ən yüksək dövlət mükafatı verildi - Tarixdə üçüncü şəxs

Merkelə ən yüksək dövlət mükafatı verildi - Tarixdə üçüncü şəxs

Dünya

17 Aprel 2023, 20:55

Almaniyanın keçmiş kansleri Angela Merkel aprelin 17-də ölkəsinin ən yüksək dövlət mükafatına layiq görülüb.

 

Modern.az xəbər verir ki, ona Almaniya Federativ Respublikasının Böyük Xaç ordeni verilib.

 

Mərasim Berlindəki Bellevue qəsrində baş tutub və mükafatı eks-kanslere Almaniya prezidenti Frank-Valter Ştaynmayer təqdim edib.

 

Merkel ən yüksək dövlət mükafatına “xalqa layiqli xidmətlərinə görə” layiq görülüb. O, keçmiş kansler Konrad Adenauer və Helmut Koldan sonra bu şərəfə layiq görülən üçüncü şəxs olub.

 

Təqdimat mərasimində Merkelin sonuncu kabinetində maliyyə naziri vəzifəsində çalışmış hazırkı kansler Olaf Şolts və Avropa Komissiyasının sədri Ursula fon der Leyen də iştirak edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI