“Mən zabitəm, əsgərəm. Mənim üçün vəzifə yox, şərəf və namus əsasdır. Heç bir vəzifəyə can atmamışam. Bu dəfə də məqsədim vətənimizin azadlığı, torpaqlarımızın işğaldan azad olması və vətənimdə yaşamağımdır. Məni hara məsləhət görsələr orda da xidmət edəcəm. Vətəndə məndən də layiqli zabitlər var ki, yüksək vəzifə tutsunlar”
Bu fikirləri Modern.az-a açıqlamasında Respublika Hərbi Prokurorluğunun beynəlxalq axtarışa verdiyi müdafiə nazirinin keçmiş müavini, sabiq hərbi hissə komandiri İsa Sadıxov bildirib.
Milli Şuraya böyük ümidlər bəslədiyini deyən polkovnik Azərbaycana yeni hakimiyyət gələcəyi təqdirdə yenidən Ordu sıralarında xidmət etmək istədiyini bildirib. “İstənilən vəzifəni mənə versələr də xidmətə hazıram”.
Anar RÜSTƏMOV