Modern.az

ABŞ-dan Türkiyə F-16-larına YAŞIL İŞIQ

ABŞ-dan Türkiyə F-16-larına YAŞIL İŞIQ

17 Aprel 2023, 21:30

Bayden administrasiyası Türkiyəyə F-16 döyüş təyyarələrinin modernləşdirilməsi üçün avadanlıqların satılmasına razılıq verməyə hazırlaşır.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

 

Mənbələr bildiriblər ki, ABŞ Dövlət Departamenti radarlar və avioniklərdən ibarət olan silah paketinin satışı barədə Konqresə rəsmi məlumat verəcək.

 

Satış Konqres tərəfindən təsdiqlənərsə, Türkiyə öz inventarındakı F-16 döyüş təyyarələrini modernləşdirmək üçün istifadə edəcəyi avadanlıqları əldə edə biləcək.

 

Qeyd edək ki, Türkiyə ABŞ-dan F-16 qırıcıları və bu qırıcıların modernləşdirilməsi üçün lazım olan vasitələr tələb edib. Konqresə hərbi satışın həyata keçirilməsinə razılıq verməyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI