Sudanda baş verən silahlı toqquşmalar zamanı 180-dən çox insan həlak olub.
Modern.az xəbər verir ki, bu barədə BMT-nin Sudan üzrə xüsusi nümayəndəsi Volker Perthes məlumat verib.
O, 1800-dən çox insanın yaralandığını açıqlayıb.
"Humanitar yardım üçün vəziyyət çox çətin, hətta qeyri-mümkündür”, - BMT rəsmisi bildirib.
Qeyd edək ki, Sudanda ordu birləşmələri ilə xüsusi təyinatlı qüvvələr arasında şiddətli toqquşmalar yaşanır.