Modern.az

Babacan İmamoğlu və Yavaşın vitse-prezidentliyinə razı deyildi - Akşener

Babacan İmamoğlu və Yavaşın vitse-prezidentliyinə razı deyildi - Akşener

18 Aprel 2023, 10:16

Türkiyədə "Millət İttifaqı"na daxil olan İYİ Partiyanın sədri Meral Akşener CHP sədri Kemal Kılıçdaroğlunun prezidentliyə vahid namizəd kimi dəstəkləməsi üçün tapılan formulla bağlı detalları açıqlayıb.

 

Belə ki, Akşener Kılıçdaroğlunun namizədliyi gündəmə gələndə "Altılı Masa"nı əvvəlcə tərk etmiş, daha sonra Ankara və İstanbul bələdiyyələrinin sədrləri Mansur Yavaş və Ekrem İmamoğlunun vitse-prezident olması şərti ilə geri qayıdaraq CHP sədrinin namizədliyinə razılıq vermişdi.

 

Modern.az xəbər verir ki, "TV100" telekanalının efirində qonaq olan Akşener bu formulun ittifaqa daxil olan digər partiyaların sədrləri ilə razılaşdırılmasının ictimaiyyətə məlum olmayan təfərrüatlarını bölüşüb.

 

"DEVA Partityasının sədri Ali Babacan İmamoğlu və Yavaşın vitse-prezident olmasına etiraz etdi. Masadan qalxdı və partiyadaşları ilə məsləhətləşməyə getdi. Daha sonra geri gəldi və "yaxşı, onda bu dostlara Şəhərsalma Nazirliyini və Fövqəladə Hallar Nazirliyini verək" dedi. Beləcə, razılaşma əldə olundu", - deyə o qeyd edib.

 

Xatırladaq ki, Türkiyəli məşhur jurnalist Fatih Portakal mənbələrinə istinadla nazirliklərin kurasiyası ilə bağlı oxşar məlumatı paylaşsa da, Yavaşın yox, sadəcə İmamoğlunun adını çəkmişdi: "Ətraf mühit və şəhərsalma naziri vəzifəsi ləğv olunaraq əvəzinə iki nazir postu yaradılacaq ki, hər iki nazirin işinə ümumi rəhbərliyi İstanbul bələdiyyəsinin sədri Ekrem İmamoğlu həyata keçirəcək".

Bu xəbər ilə bağlı
Kılıçdaroğlu prezident seçilsə, bu şəxslər nazir olacaq - İDDİA
Xəbəri oxu
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi